Bakı. Trend:
Beynəlxalq auksion evi "Christie's" noyabr ayında Nyu-Yorkda müasir incəsənət auksionu keçirəcək və bu auksion zamanı Klod Monenin indiyədək nümayiş etdirilməmiş rəsm əsəri satılacaq.
Trend xəbər verir ki, "Le bassin aux nympheas" ("Su zanbaqları ilə gölməçə") adlı rəsm əsəri 1917-1919-cu illər arasında yaradılmış və 1972-ci ildən adı açıqlanmayan şəxsi kolleksiyada saxlanılır. Rəsmin təxmini dəyəri ən azı 65 milyon dollardır.
"Christie's"in vitse-prezidenti Maks Karter "Bu, nadir bir şeydir - yenidən kəşf edilmiş şah əsərdir" dedi.