...

Cənubi azərbaycanlı hüquq müdafiəçisi Nobel Sülh mükafatına layiq görüldü

Dünya xəbərləri Materials 6 Oktyabr 2023 14:11 (UTC +04:00)
Cənubi azərbaycanlı hüquq müdafiəçisi Nobel Sülh mükafatına layiq görüldü
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Cənubi azərbaycanlı hüquq müdafiəçisi Nərgiz Məhəmmədi 2023-cü il üzrə Nobel Sülh mükafatına layiq görülüb.

Trend xəbər verir ki, bu barədə Norveç Nobel komitəsi məlumat yayıb.

Məlumatda qeyd olunub ki, Nərgiz Məhəmmədi qadınlara qarşı zoraklıqla mübarizəsinə, həmçinin hamı üçün insan hüquqları və azadlığın təşviqi uğrunda apardığı mübarizəyə görə bu mükafata layiq görülüb.

Qeyd edək ki, Nərgiz Məhəmmədi 1972-ci ildə Cənubi Azərbaycanın Zəncan şəhərində dünyaya gəlib. Vəkil insan hüquqlarının müdafiəsi ilə uğrunda apardığı mübarizəsinə görə İran hökuməti tərəfindən 13 dəfə saxlanılıb. 5 dəfə mühakimə olunan və ümumilikdə 31 il azadlıqdan məhrum edilən hüquq müdafiəçisi hazırda həbsdədir. Belə ki, o, sonuncu dəfə ötən ilin sentyabr ayında İranda Məhsa Əmininin ölümündən sonra başlayan etiraz aksiyalarına qoşulub və nəticədə 16 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, İranda 22 yaşlı Məhsa Əmini ötən ilin sentyabr ayında hicab qaydalarına riayət etməməsi səbəbi ilə polis şöbəsinə aparılıb və bir neçə saatdan sonra naməlum şəkildə ölüb. Gənc qızın ölümü öılkədə ciddi etirazlara səbəb olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti