...

İranda daha bir məhbus dar ağacından asılıb

Dünya xəbərləri Materials 7 Oktyabr 2023 14:49 (UTC +04:00)
İranda daha bir məhbus dar ağacından asılıb
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

İranda İnsan Haqları Təşkilatı xəbər verir ki, ötən gün Məşhəd şəhərindəki Vəkilabad zindanında saxlanılan məhbus dar ağacından asılıb.

Trend bu barədə “Azad İran” “Telegram” kanalına istinadən xəbər verir.

Məlumata görə, o, qəsdən adam öldürmədə ittiham edilib.

Qeyd edək ki, İranda ötən ay ərzində 69 nəfərin edam hökmü icra edilib. Cari il ərzində isə 423 nəfərin edam hökmü həyata keçirilib.

Xatırladaq ki, BMT dünən dərc etdiyi son bəyanatında İran hökumətindən edamlara son qoyulmasını tələb edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti