...

Türkiyənin İskenderun limanının qəbul etdiyi gəmilərin sayı açıqlanıb

Dünya xəbərləri Materials 18 Oktyabr 2023 15:59 (UTC +04:00)
Türkiyənin İskenderun limanının qəbul etdiyi gəmilərin sayı açıqlanıb

Bakı. Trend:

2023-cü ilin yanvar-sentyabr aylarında İskenderun limanı 2 min 858 gəmi qəbul edib.

Trend xəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, qeyd edilən müddət ərzində İskenderun limanı Türkiyə bayrağı altında üzən 441, digər ölkələrin bayraqları altında üzən 2 min 417 gəmi qəbul edib.

Qeyd edək ki, bu ilin sentyabr ayında Türkiyə limanları 5 min 480 gəmi qəbul edib.

Məlumata görə, bu dövrdə Türkiyə limanlarına digər ölkələrin bayraqları altında qəbul edilən gəmilərin sayı 3 min 601, Türkiyə bayrağı altında qəbul edilən gəmilərin sayı isə 1 879 olub.

2023-cü ilin yanvar-sentyabr aylarında Türkiyə limanları 45 min 603 gəmi qəbul edib.

Bu müddət ərzində Türkiyə limanları tərəfindən qəbul edilən digər ölkələrin bayraqları altında olan gəmilər 31 min 60, Türkiyə bayrağı altında olan gəmilər isə 14 min 543 olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti