...

İsrail Livanla 5 km-lik sərhəddə əhalini təxliyə edir

Dünya xəbərləri Materials 18 Oktyabr 2023 19:41 (UTC +04:00)
İsrail Livanla 5 km-lik sərhəddə əhalini təxliyə edir
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İsrail hökuməti Livanla sərhəd zonasındakı yaşayış məntəqələrinin sakinlərini 5 km-lik məsafədə təxliyə edilməsi qərarını təsdiqləyib.

Trend xəbər verir ki, bu barədə İsrail Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd edək ki, Livandan İsrail ərazisi raket atəşinə tutulur. Bir müddət əvvəl İsrail Livanla sərhəddən 2 km-lik məsafədə yerləşən yaşayış məntəqələrinin sakinlərinin təxliyəsi haqqında qərar qəbul etmişdi.

Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Nəticədə ölənlərin sayı 1400-ü keçib, 4475-dən çox adam yaralanıb. Ərazidə 1300-dən çox bina dağılıb. İsrail ordusu "müharibə hazırlığı vəziyyəti" elan edib və cavab olaraq "Dəmir Qılınclar" əməliyyatına başladığını bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti