...

“Amazon” Avropaya bağlamaların dronla göndərilməsinə 2024-cü ildə başlayacaq

Dünya xəbərləri Materials 20 Oktyabr 2023 01:48 (UTC +04:00)
“Amazon” Avropaya bağlamaların dronla göndərilməsinə 2024-cü ildə başlayacaq

Bakı. Trend:

“Amazon” şirkəti Avropada “Prime Air” dronları ilə özünün çatdırılma xidmətini 2024-cü ildə işə salmağa hazırlaşır.

Trend-in məlumatına görə, “Amazon” texnologiya nəhənginin bu ambisiyası bir neçə il bundan əvvəl, daha dəqiq desək, 2013-cü ildə Ceff Bezosun ilk dəfə bu xidmət haqqında danışdığı vaxt yaranıb. Lakin yalnız indi bu ideya öz təsdiqini tapıb və ABŞ-da bir neçə sınaqdan sonra 2024-cü ilin sonunda Avropa ölkələrində işə salınacaq. “Amazon” sifarişlərinin istehlakçılara dronların köməyi ilə çatdırılacağı ilk Avropa ölkələri İtaliya və Böyük Britaniya olacaq.

2022-ci ilin sonunda bu xidmət çəkisi 2,25 kiloqramadək bağlamaların 1 saatdan az müddət ərzində çatdırılmasını təklif edərək, Şimali Amerikanın Lokkford (Kaliforniya ştatı) və Kollec-Steyşn (Texas ştatı) kimi əhalisi az olan şəhərlərində kommersiya əsasında fəaliyyət göstərmək qazanıb.

“Amazon Prime Air”in Avropa debütü şirkətin “MK30” dronu ilə həyata keçiriləcək. Bundan əvvəl ABŞ-da təqdim olunan xidmətdə istifadə edilmiş “MK27-2” modeli ilə müqayisədə, bu model daha kiçik və yüngüldür. Həmçinin əvvəlkindən 40 faiz daha səssiz olmaqla, 10 metr yüksəkliyə qalxır, az yağışlı və küləkli havada da uça bilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti