...

Mahaçqala hava limanında baş verən iğtişaşlarla bağlı cinayət işi açılıb

Dünya xəbərləri Materials 29 Oktyabr 2023 23:47 (UTC +04:00)
Mahaçqala hava limanında baş verən iğtişaşlarla bağlı cinayət işi açılıb
Алена Павленко
Алена Павленко
Bütün xəbərlər

Bakı. Trend:

Mahaçqala hava limanında baş verən iğtişaşlarla bağlı cinayət işi açılıb.

Trend-in məlumatına görə, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin Şimali Qafqaz Federal Dairəsi üzrə Baş İdarəsinin mətbuat xidməti məlumat yayıb.

Məlumata əsasən, iğtişaşlarda iştirak edən bütün şəxslərin saxlanılaraq məsuliyyətə cəlb ediləcək. Həmçinin iğtişaşlara və milli ədavəti qızışdıran şəxslər cinayət məsuliyyətinə cəlb olunacaqlar.

Faktla bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 212-ci maddəsi (zorakılıq, soyğunçuluq, yandırma, əmlakın məhv edilməsi, odlu silahın, partlayıcı maddələrin və ya partlayıcı qurğuların tətbiqi, habelə dövlət məmuruna qarşı silahlı müqavimət göstərmə ilə müşayiət olunan kütləvi iğtişaşların təşkili) ilə cinayət işi açılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti