Bakı. Trend:
Londonda Ermənistan və Böyük Britaniyanın Müdafiə Nazirliklərinin nümayəndə heyətləri görüşüb.
Trend erməni KİV-ə istinadən xəbər verir ki, görüşün yekunlarına əsasən, iki ölkənin Müdafiə Nazirliyi arasında 2023-2024-cü illər üzrə əməkdaşlıq proqramı imzalanıb.
Məlumata görə, Ermənistanın nümayəndə heyətinə Müdafiə Nazirliyinin Müdafiə Siyasəti Baş İdarəsinin rəisi Levon Ayvazyan rəhbərlik edib. Görüşdə, həmçinin, Ermənistanın Böyük Britaniyadakı səfiri Varujan Nersesyan da iştirak edib.
Görüşdə tərəflər regional və beynəlxalq məsələləri, həmçinin, ikitərəfli əməkdaşlığı müzakirə ediblər. Həmçinin, növbəti məsləhətləşmələrin İrəvanda keçirilməsi barədə razılıq əldə olunub.