Bakı. Trend:
Pekinin Çaoyan rayonunda icazəsiz tikilidə baş verən yanğın nəticəsində azı 4 nəfər ölüb, 5 nəfər yaralanıb.
Trend-in məlumatına görə, bu barədə "Weibo" sosial şəbəkəsində yerli yanğın xidməti bildirib.
Qeyd olunub ki, 54 nəfər təxliyə edilib, 5 nəfərə tibbi yardım göstərilib. Hadisə ilə bağlı məlumat yerli vaxtla saat 03:17-də daxil olub.
İlkin məlumata görə, yanğına səbəb elektriklə işləyən velosipedin alışıb yanması olub.