...

Rusiya məhkəməsi azərbaycanlı blogerin həbs müddətini uzadıb

Dünya xəbərləri Materials 11 Yanvar 2024 17:48 (UTC +04:00)
Rusiya məhkəməsi azərbaycanlı blogerin həbs müddətini uzadıb
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Rusiyanın Oktyabrski rayon məhkəməsi 18 yaşlı azərbaycanlı bloger Tural Məmmədovun həbs müddətini fevralın 15-dək uzadıb.

Trend xəbər verir ki, bu barədə Rusiya məhkəmələrinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, ittiham olunan bloger və vəkilləri məhkəmədən həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunmasını xahiş etsələr də, məhkəmə onların xahişini rədd edib.

Xatırladaq ki, ötən ilin noyabrında Azərbaycan Respublikasının hüquq-mühafizə orqanları Rusiya Federasiyasının Baş Prokurorluğunun tələbi üzrə azərbaycanlı gənc bloger və "Jizn brodyaqi" "Telegram" kanalının administratoru Tural Məmmədovu Rusiyaya ekstradisiya edib.

Qeyd olunub ki, 18 yaşlı bloger Rusiyada bir neçə maddə ilə, o cümlədən nifrət və ədavəti qızışdırmaqda cinayətə cəlb olunacaq. Belə ki, Tural Məmmədov Rusiyada digər gənclərlə birləşərək qəsdən yoldan ötənlərlə münaqişə yaradaraq onları döyüb və daha sonra bu görüntüləri sosial şəbəkələrdə paylaşıb.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti