...

Ermənistanda hakimiyyət parçalanır? - Paşinyandan KRİTİK QƏRAR

Dünya xəbərləri Materials 12 Yanvar 2024 16:51 (UTC +04:00)
Ermənistanda hakimiyyət parçalanır? - Paşinyandan KRİTİK QƏRAR
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Ermənistanın baş naziri Nikol Paşinyan bir qədər əvvəl ölkə prezidenti Vaaqn Xaçatryanın fərmanı ilə vəzifəsindən azad edilmiş Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Armen Abazyanı yenidən vəzifəsinə qaytarıb.

Trend xəbər verir ki, bu barədə Ermənistanın Nazirlər Kabineti məlumat yayıb.

"Armen Abazyan Milli Təhlükəsizlik Xidmətinin rəhbəri təyin edilsin", - Paşinyanın fərmanında deyilir.

Xatırladaq ki, Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Armen Abazyan Ermənistan prezidenti Vaaqn Xaçatryanın fərmanı ilə vəzifəsindən azad edilmişdi.

Qeyd olunub ki, Ermənistan qanunvericiliyinə olunmuş dəyişikliyə əsasən, Milli Təhlükəsizlik Xidmətinin rəhbəri baş nazir tərəfindən təyin edilir və vəzifədən azad olunur.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti