...

Gürcüstan bu ölkədən zenit-raket kompleksləri alacaq

Dünya xəbərləri Materials 12 Yanvar 2024 21:00 (UTC +04:00)
Gürcüstan bu ölkədən zenit-raket kompleksləri alacaq
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Gürcüstan Polşadan zenit-raket kompleksləri alacaq.

Trend xəbər verir ki, bu barədə Gürcüstan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Gürcüstanın Müdafiə Nazirliyi Polşanın “MESKO SA” şirkəti ilə zenit-raket komplekslərinin alınmasına dair müqavilə imzalayıb.

"Tərəflər NATO standartlarına uyğun silahların Gürcüstan üçün tətbiqinin vacibliyini də müzakirə ediblər ki, bu da ölkənin müdafiə qabiliyyətini gücləndirməyə kömək edəcək", - məlumatda qeyd edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti