...

Antonio Quterreş bütün tərəfləri Qırmızı dənizdə eskalasiyadan qaçmağa çağırıb

Dünya xəbərləri Materials 13 Yanvar 2024 01:05 (UTC +04:00)
Antonio Quterreş bütün tərəfləri Qırmızı dənizdə eskalasiyadan qaçmağa çağırıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

BMT-nin baş katibi Antonio Quterreş bütün tərəfləri Qırmızı dənizdə vəziyyətin gərginləşməsinə səbəb ola biləcək hərəkətlərdən çəkinməyə çağırıb.

Trend xəbər verir ki, bu barədə brifinqdə baş katibin rəsmi nümayəndəsi Stefan Düjarrik bildirib.

"Baş katib öz gəmilərini qoruyan bütün BMT-yə üzv dövlətləri qətnamədə göstərildiyi kimi, bunu beynəlxalq hüquqa uyğun etməyə çağırır. Baş katib bir daha bütün tərəfləri Qırmızı dəniz və bölgədə münaqişənin daha da gərginləşməsinin qarşısını almağa çağırır”, - deyə o vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti