...

Rəsmi Seul Şimali Koreyaya neft qaçaqmalçılığına görə sanksiyalar tətbiq edib

Dünya xəbərləri Materials 17 Yanvar 2024 06:52 (UTC +04:00)
Rəsmi Seul Şimali Koreyaya neft qaçaqmalçılığına görə sanksiyalar tətbiq edib

Bakı. Trend:

Cənubi Koreya hakimiyyəti KXDR ilə neft və digər malların ticarətində iştiraka görə sanksiyaların tətbiq edildiyini açıqlayıb.

Trend-in məlumatına görə ,bu barədə Cənubi Koreya Xarici İşlər Nazirliyi xəbər verib.

Məlumata əsasən, rəsmi Seul BMT Təhlükəsizlik Şurasının qətnamələrini pozduqlarını əsas gətirərək 11 gəmi, üç hüquqi və iki fiziki şəxsə qarşı sanksiyalar tətbiq edib. Nazirlik bildirib ki, Pxenyan nüvə və raket proqramlarını BMT Təhlükəsizlik Şurasının sanksiyalarından yayınaraq əldə etdiyi materiallardan və maliyyə vəsaitlərindən istifadə edərək həyata keçirib. Xüsusilə, söhbət kömür qaçaqmalçılığından və dənizdə neftin gəmidən gəmiyə ötürülməsindən gedir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti