...

ABŞ-da soyuq hava son bir həftə ərzində 50 nəfərin ölümünə səbəb olub

Dünya xəbərləri Materials 20 Yanvar 2024 02:56 (UTC +04:00)
ABŞ-da soyuq hava son bir həftə ərzində 50 nəfərin ölümünə səbəb olub

Bakı. Trend:

ABŞ-da son bir həftə ərzində soyuq hava səbəbindən azı 47 nəfər ölüb.

Trend-in məlumatına görə, bu barədə NBC rəsmilərə istinadən məlumat yayıb.

Ən çox ölüm (16 nəfər) Tennessi ştatında qeydə alınıb.

Yanvarın 12-dən ABŞ-ın çox hissəsində soyuq hava, güclü külək və qar müşahidə olunur. “Associated Press” agentliyinin yanvarın 17-də verdiyi məlumata görə, ABŞ-ın mərkəzi bölgələrinin bir çox yerlərində temperatur mənfi 34,4 dərəcəyə düşüb. Bundan əvvəl agentlik bir neçə nəfərin ölümü ilə bağlı da məlumat vermişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti