...

İsveçli deputat İslam simvollarını qadağan etməyə çağırıb

Dünya xəbərləri Materials 22 Yanvar 2024 17:31 (UTC +04:00)
İsveçli deputat İslam simvollarını qadağan etməyə çağırıb
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

İsveçin sağçı populist “İsveç demokratları” (Sverigedemokraterna) partiyasının deputatı Riçard Yumshof ölkədə ictimai yerlərdə İslam simvollarından istifadəni qadağan etməyə çağırıb.

Trend xəbər verir ki, bu barədə yerli qəzetlərin birinə müsahibəsində deyib.

Onun sözlərinə görə, minarələr, aypara kimi İslamı təcəssüm etdirən simvollar çox təhlükəli və ictimai yerlərdə qadağan olunmalıdır.

"Bu cür qadağalar, şübhəsiz, irəliyə doğru addımdır", - o deyib.

Eyni zamanda isveçli deputat nasizm və İslamın fərqli olduğunu deyib.

Qeyd edək ki, Riçard Yumshof islamofob çıxışları ilə tanınır. O bundan əvvəl müsəlmanların İsveçə miqrasiyası ilə bağlı çıxışlarına görə tənqidlərə məruz qalıb. Daha əvvəlki çıxışlarında Yumshof, İslamı nasizmlə müqayisə edərək onun Qərb cəmiyyətində yeri olmadığını bildirib.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti