...

Şimali Koreya yeni strateji raket sınağını keçirib

Dünya xəbərləri Materials 25 Yanvar 2024 03:36 (UTC +04:00)
Şimali Koreya yeni strateji raket sınağını keçirib

Bakı. Trend:

Pxenyan yeni strateji “Pulhvasal-3-31” qanadlı raketinin ilk sınağını keçirib.

Trend-in məlumatına görə, bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi xəbər verib.

Agentlik vurğulayıb ki, KXDR Baş Raket İdarəsi və əlaqədar qurumlar üçün “sınaqlar silah sisteminin daimi yenilənməsi prosesi, müntəzəm və məcburi fəaliyyətdir”.

Məlumata əsasən, sınaqlar KXDR ilə qonşu olan ölkələrin və regionun təhlükəsizliyinə təsir etməyib.

Sınaqların təfərrüatları açıqlanmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti