...

Amazon ucuz malları gizlədir?

Dünya xəbərləri Materials 11 Fevral 2024 05:50 (UTC +04:00)
Amazon ucuz malları gizlədir?
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Dünyanın ən böyük onlayn ticarət platforması olan Amazon, ABŞ İstehlakçıların Hüquqlarının Müdafiəsi Aktının pozulması ilə bağlı məhkəmə iddiası ilə üzləşib.

Kollektiv iddiaya görə, “Amazon” internet mağazası daha ucuz qiymətə mal almaq imkanını istifadəçilərdən bilərəkdən gizlədib.

Trend xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.

“Amazon”un Buy Box tövsiyə alqoritmi Sietl federal məhkəməsinə verilən şikayətə əsasən tez çatdırılma ilə ucuz alış-veriş variantlarını gizlədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti