...

Macarıstanda prezident seçkiləri mart ayında keçiriləcək

Dünya xəbərləri Materials 11 Fevral 2024 16:58 (UTC +04:00)
Macarıstanda prezident seçkiləri mart ayında keçiriləcək

Bakı. Trend:

Macarıstanın yeni prezidenti vəzifəsini tərk edən Katalin Novakın yerinə mart ayında seçiləcək.

Trend-in məlumatına görə, bu barədə hakim "FİDES - Macarıstan Vətəndaş Birliyi" partiyasının parlament fraksiyasının lideri Mate Koçiş bildirib.

Mate Koçiş deyib ki, əgər o fevralın 11-də parlamentə istefa ərizəsi göndərsə, deputatlar 15 gün ərzində buna baxmalı olacaqlar.

"Onlar fevralın 26-da başlayacaq yaz sessiyasının ilk günündə [istefa ilə bağlı] qərar qəbul edə biləcəklər”, - deyə o qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti