...

Keçən ilin yanvar-dekabr aylarında İskenderun limanı 3 mindən çox gəmi qəbul edib

Dünya xəbərləri Materials 12 Fevral 2024 11:59 (UTC +04:00)
Keçən ilin yanvar-dekabr aylarında İskenderun limanı 3 mindən çox gəmi qəbul edib

Bakı. Trend:

2023-cü ilin yanvar-dekabr aylarında Türkiyənin İskenderun limanı 3 min 927 gəmi qəbul edib.

Trend xəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, qeyd edilən müddət ərzində İskenderun limanı Türkiyə bayrağı altında üzən 612 gəmi qəbul edib, digər ölkələrin bayraqları altında üzən 3 min 315 gəmi qəbul edib.

Qeyd edək ki, 2023-cü ilin yanvar-dekabr aylarında Türkiyə limanları 60 min 195 gəmi qəbul edib.

Bu müddət ərzində Türkiyə limanları tərəfindən qəbul edilən digər ölkələrin bayraqları altında olan gəmilər 40 min 918, Türkiyə bayrağı altında olan gəmilər isə 19 min 277 olub.

Nazirlikdən bildirilib ki, keçən ilin dekabr ayında Türkiyə limanları 4 min 697 gəmi qəbul edib.

Məlumata görə, bu dövrdə Türkiyə limanlarına digər ölkələrin bayraqları altında qəbul edilən gəmilərin sayı 3 min 190, Türkiyə bayrağı altında qəbul edilən gəmilərin sayı isə 1 507 olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti