...

Qırmızı dənizdəki böhran ərzaq və yanacağın bahalaşmasına səbəb olacaq - Blinken

Dünya xəbərləri Materials 5 Mart 2024 23:24 (UTC +04:00)
Qırmızı dənizdəki böhran ərzaq və yanacağın bahalaşmasına səbəb olacaq - Blinken
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Qırmızı dənizdə mövcud böhran həm də dünya bazarlarında ərzaq və yanacağın qiymətinin artmasına səbəb olacaq.

Trend-in məlumatına görə, bu barədə ABŞ dövlət katibi Antoni Blinken Vaşinqtonda Qətərin Baş naziri və xarici işlər naziri Məhəmməd bin Əbdül Rəhman Al Tani ilə görüşü zamanı deyib.

"Əlbəttə ki, bu, dünya gəmiçiliyinə cox böyük təsir göstərib. Bu, bir çox insanlar üçün daha yüksək ərzaq və enerji qiymətlərində öz əksini tapacaq", - deyə Qırmızı dənizdəki böhranı şərh edən diplomat qeyd edib.

Qəzza zolağında münaqişənin gərginləşməsindən sonra Yəmənin "Ənsar Allah" (husilər) üsyançı hərəkatı İsrail ərazisinə hücumlar həyata keçirəcəkləri və onunla əlaqəli gəmilərin Qırmızı dəniz və Babül-Məndəb boğazı sularından keçməsinə icazə verməyəcəyi barədə xəbərdarlıq edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti