...

Litvada prezident seçkiləri və referendum keçiriləcək

Dünya xəbərləri Materials 12 May 2024 05:17 (UTC +04:00)

Bakı. Trend:

Növbəti prezident seçkiləri - müstəqillik əldə etdikdən sonra səkkizinci dəfə Litvada keçiriləcək.

Trend-in məlumatına görə, eyni zamanda, ikili vətəndaşlıq institutunun tətbiqi ilə bağlı referendum keçiriləcək.

Məlumata əsasən, dövlət başçısı postu uğrunda 8 namizəd mübarizə aparır. Ekspertlərin fikrincə və sosioloji sorğulara görə, favoritlər hazırkı prezident, ikinci müddətə seçilmək istəyən 59 yaşlı Qitanas Nauseda, baş nazir, 49 yaşlı İnqrida Simonite və müstəqil namizəd, hüquqşünas 48 yaşlı İqnas Veqeledir.

Seçki məntəqələri yerli vaxtla saat 07:00-da açılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti