...

Ramil Şeydayev və Vüsal İsgəndərli pley-offda

İdman Materials 12 May 2024 04:06 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycanlı futbolçular Türkiyə 1-ci Liqasının pley-offuna vəsiqə qazanıblar.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, Ramil Şeydayev və Vüsal İsgəndərlinin komandaları Superliqaya yüksəlmək uğrunda yarışacaq.

Mövsümü 6-cı pillədə başa vuran Ramilin çıxış etdiyi “Kocaelisor” 5-ci “Çorum”la qarşılaşacaq. Vüsal İsgəndərlinin formasını geyindiyi “Boluspor” (7-ci yer) isə “Bodrumspor”la (4-cü yer) üz-üzə gələcək. Dörd klub mübarizəsindən sonra qalib komanda finala yüksələcək. “Sakaryaspor”la (3-cü yer) həlledici görüşdə Superliqaya son vəsiqəni sahibi bəlli olacaq.

"Eyüpspor" və "Göztəpə" Superliqaya birbaşa vəsiqə qazanıb.

Qeyd edək ki, pley-offun ilk oyunları mayın 19-da, cavab görüşləri isə ayın 23-də keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti