...

Husilər Qırmızı dənizdə tankerə hücum etdi

Dünya xəbərləri Materials 19 Mart 2024 20:28 (UTC +04:00)
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Yəmənin "Ənsar Allah" hərəkatı Qırmızı dənizdə ABŞ-yə məxsus olduğunu müəyyən etdikləri maye neft qazı daşıyan "Mado" tankerinə hücum ediblər.

Trend xəbər verir ki, bu barədə hərəkatın nümayəndəsi Yəhya Sariya husilərə məxsus "Al Masirah" telekanalının efirində məlumat verib.

"Yəmənin hərbi-dəniz qüvvələri Qırmızı dənizdə bir sıra gəmi əleyhinə raketlərdən istifadə etməklə, ABŞ-nin "Mado" gəmisini hədəf alan əməliyyat keçirib", -məlumatda qeyd olunub.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti