...

"Nvidia" şirkəti dəyər baxımından ən sürətlə böyüyən Amerika brendi oldu

Dünya xəbərləri Materials 22 Mart 2024 08:11 (UTC +04:00)

Bakı. Trend:

Dünyanın aparıcı çip istehsalçılarından biri olan "Nvidia" şirkəti dəyərinə görə ən sürətlə böyüyən Amerika brendinə çevrildi.

Trend-in məlumatına görə, bu barədə Böyük Britaniyanın "Brand Finance" şirkətinin 2024-cü il üçün dərc olunan reytinqində bildirilib.

Qeyd olunur ki, Nvidia-nın dəyəri il ərzində 163 faiz - 44,5 milyard dollar artıb. Bu, şirkətə bir il əvvəl 58-ci yerdə olsa da, Amerikanın ən dəyərli brendləri siyahısında 17-ci yerə yüksəlməyə imkan verib. Ən bahalı brend bir il ərzində 74 faiz bahalaşan (516,6 milyard dollara qədər) "Apple" şirkətidir. Ən qiymətli brendlər siyahısında ikinci yeri "Microsoft" tutub: onun dəyəri 340,4 milyard dollara (+78%) yüksəlib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti