...

Ekvadorun ən gənc meri işçisi ilə birlikdə öldürülüb

Dünya xəbərləri Materials 25 Mart 2024 08:31 (UTC +04:00)
Ekvadorun ən gənc meri işçisi ilə birlikdə öldürülüb

Bakı. Trend:

Ekvador tarixinin ən gənc meri Bricit Qarsiya və onun işçisi qətlə yetirilib.

Trend-in məlumatına görə, bu barədə yerli polis bildirib.

Məlumata əsasən, San-Visente şəhərinin 27 yaşlı merinin və merin kommunikasiya məsələləri üzrə direktorunun meyiti avtomobildə aşkarlanıb.

Polis hər iki şəxsin güllələnərək öldürüldüyünü açıqlayıb.

Yerli media Qarsiyanın əvvəllər təhdid edilmədiyini yazır.

Bricit Qarsiya ötən ilin oktyabr ayında mer vəzifəsinə namizədliyini irəli sürmüş və 8 namizəd arasından qalib seçilmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti