...

"CELAC" təşkilatı Meksika və Ekvador arasındakı məsələ ilə bağlı iclas keçirəcək

Dünya xəbərləri Materials 7 Aprel 2024 04:37 (UTC +04:00)
"CELAC" təşkilatı Meksika və Ekvador arasındakı məsələ ilə bağlı iclas keçirəcək

Bakı. Trend:

Latın Amerikası və Karib Hövzəsi Ölkələri Birliyinə (CELAC) sədrlik edən Honduras Ekvador və Meksika arasındakı vəziyyəti müzakirə etmək üçün təşkilatın fövqəladə iclasını çağırıb.

Trend-in məlumatına görə, bu barədə Honduras prezidenti Siamora Kastro öz "X" səhifəsində bildirib.

Bildirilib ki, iclasın çağırılması Ekvadorun keçmiş vitse-prezidenti Xorxe Qlası həbs etmək üçün onun gizləndiyi Kitodakı səfirliyinə basqın edilməsi ilə bağlıdır.

"Ekvador hökumətinin Meksikanın Kitodakı səfirliyinə zorla daxil olmaqla Amerika Sığınacaq Konvensiyasını və Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyasını açıq şəkildə pozduğunu nəzərə alaraq, mən təcili olaraq CELAC-ın 8 aprel bazar ertəsi, xarici işlər nazirlərinin isə çərşənbə axşamı, aprelin 9-da iclasını çağırıram", - deyə Hondurası prezidenti qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti