Bakı. Trend:
Tarixdə ilk dəfə olaraq insanabənzər robot Böyük Çin Səddinə çıxıb.
Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, Çinin “Robot Era” şirkətinin “XBot-L” adlı insanabənzər robotu Çin səddinə çıxaraq diqqətləri üzərinə çəkməyi bacarıb.
XBot-L, Çin firması “Unitree”nin “H1” robotu qədər sürətli və ya “Boston Dynamics”in Atlası qədər çevik olmasa da, Çin Səddinin yollarında hərəkət etməklə əla qabiliyyət nümayiş etdirib.