...

Mask minlərlə robotu işə salır

Dünya xəbərləri Materials 14 İyun 2024 20:08 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

"Tesla" elektrik avtomobili fabriklərində minlərlə insanabənzər "Optimus" robotu işləyəcək.

Trend xəbər verir ki, bunu "SpaceX" və "Tesla" şirkətlərinin sahibi İlon Mask bəyan edib.

O hesab edir ki, insanabənzər robotların hərəkət səviyyəsi tezliklə əhəmiyyətli dərəcədə arta biləcək. Belə ki, onlara şifahi tapşırıq vermək və ya hansısa hərəkəti göstərmək, onlardan da bunu tələb etmək kifayət edəcək.

Qeyd edək ki, "Tesla" gələn il insanabənzər "Optimus" robotlarının satışına başlayacaq. "Optimus" obyektləri qüsursuz şəkildə ayırmaq və əşyaları rənglərinə görə tam avtonom şəkildə çeşidləmək qabiliyyətinə malikdir. Robot 5-10 il ərzində mükəmməlləşəcək, qiyməti isə 20 min dollardan aşağı olmayacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti