Balı. Trend:
Rusiyanın Rostov vilayətində istintaq təcridxanasının kameralarından birində saxlanılan təqsirləndirilən şəxslər iki əməkdaşı girov götürüb.
Trend-in məlumatına görə, bu barədə Rusiya Federal Penitensiar Xidmətinin region üzrə mətbuat xidməti məlumat yayıb
Məlumata əsasən, Rostov vilayəti prokurorunun səlahiyyətlərini icra edən Aleksandr Qatsko, Rostov vilayəti prokurorunun müavini Sergey Kapitonov və Cinayət hökmlərinin icrasının qanuniliyinə nəzarət şöbəsinin müdiri vəzifəsini icra edən Boris Mostovoy hadisə yerindədirlər.
Müəssisə ştat rejimdə fəaliyyət göstərir. Mətbuat xidmətinin aydınlaşdırdığı kimi, “vəziyyət nəzarətdədir” və girovların azad edilməsi üçün danışıqlar aparılır.
Hüquq-mühafiəz orqanlarıdan bildirilib ki, Rostov-na-Donudakı 1 saylı istintaq təcridxanasının əməkdaşlarını girov götürən məhbuslar onların nəqliyyatla təmin olunmasını tələb ediblər.