Bakı. Trend:
Əl-Cəzair hökuməti Fransadakı səfirini geri çağırmağa qərar verib.
Trend bu barədə xarici KİV-lərə istinadən xəbər verir.
Məlumata görə, bu qərar Parisin Mərakeşin Qərbi Saharaya muxtariyyət verilməsi planını münaqişənin həlli üçün yeganə əsas kimi tanımasından sonra qəbul edilib.