...

Kir Starmer Britaniyadakı iğtişaşlara görə təcili iclas keçirib

Dünya xəbərləri Materials 5 Avqust 2024 17:45 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Böyük Britaniyanın Baş naziri Kir Starmer ölkədə günlərdir davam edən şiddətli etirazlardan sonra təcili iclas keçirib.

Trend xəbər verir ki, görüşün təfərrüatı açıqlanmayıb. Lakin Baş nazir bir neçə gün əvvəl verdiyi açıqlamada aksiya iştirakçılarının əməllərinə görə peşman olacaqlarını demişdi.

Qeyd edək ki, Böyük Britaniyanın müxtəlif şəhərlərində radikal sağçıların keçirdikləri aksiyalarda indiyədək 150-dən çox şəxs saxlanılıb.

İyulun 29-da Sautport şəhərində 17 yaşlı bıçaqlı şəxs şəhərdəki rəqs məktəblərinin birində uşaqlara hücum edib. Nəticədə 9 uşaq yaralanıb, 3 uşaq isə aldığı xəsarətlərdən xəstəxanada həyatını itirib. Sosial mediada hadisəni törədən yeniyetmənin miqrant olması barədə xəbərlərin yayılmasından sonra Britaniyada radikal sağçı qruplar miqrantlara qarşı aksiyalara başlayıblar.

Xəbər lenti

Xəbər lenti