...

Filippində meymunçiçəyinə yoluxma qeydə alınıb

Dünya xəbərləri Materials 19 Avqust 2024 13:13 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Filippində ötən ilin dekabrından bəri meymunçiçəyinə ilk yoluxma qeydə alınıb.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Filippinin Səhiyyə Departamenti məlumat yayıb.

Bildirilib ki, 33 yaşlı Filippin vətəndaşı bir həftə yüksək hərarətdən əziyyət çəkib, aparılan müayinələr nəticəsində məlum olub ki, adı açıqlanmayan şəxs məhz meymunçiçəyinə yoluxub.

Yüksək hərarətdən başqa, həkimlər xəstənin kürəyində, həmçinin, ovuclarında və dabanında səpgilər müşahidə ediblər.

Hazırda xəstə karantinə götürülüb.

Xəbər lenti

Xəbər lenti