Bakı. Trend:
Banqladeşin müvəqqəti hökuməti sabiq baş nazir Şeyx Hasinanın diplomatik pasportunu ləğv etmək qərarına gəlib.
Trend xəbər verir ki, bu barədə “The Hindu” qəzeti Banqladeş Daxili İşlər Nazirliyinin bəyanatına istinadla məlumat yayıb.
Bildirilir ki, Şeyx Hasinanın, eləcə də, onun “Avami liqası” partiyasından olan keçmiş parlament üzvlərinin diplomatik pasportlarının ləğvi ilə bağlı rəsmi sərəncam “tezliklə” dərc olunacaq. Beləliklə, sabiq baş nazirin istefa verdiyi gün Hindistana gedərkən istifadə etdiyi sənəd qüvvəsini itirəcək.
Banqladeş Daxili İşlər Nazirliyinin təhlükəsizlik xidməti bu qərarı “bütün maraqlı tərəflərlə məsləhətləşdikdən sonra qəbul edib və artıq ölkənin bütün miqrasiya xidmətlərini bununla bağlı məlumatlandırıb.