Bakı. Trend:
ABŞ Ukraynaya 125 milyon dollar məbləğində daha bir hərbi yardım paketi ayırmaq niyyətindədir.
Trend-in məlumatına görə, Vaşinqton avqustun 23-də növbəti tranşı elan etməyə hazırlaşır. Növbəti gün, avqustun 24-də Ukrayna Müstəqillik Gününü qeyd edəcək.
Yeni paketə hava hücumundan müdafiə sistemləri üçün raketlər, HIMARS MLRS üçün mərmilər, tank əleyhinə “Javelin” sistemləri, 155 mm və 105 mm-lik artilleriya mərmiləri, elektron döyüş texnikası daxildir.
Agentliyin məlumatına görə, silahlar Pentaqonun ehtiyatlarından veriləcək, ona görə də onlar Kiyevə həmişəkindən daha tez göndərilə bilər.