...

Cənubi Karolina 13 ildən sonra ilk edamı həyata keçirəcək

Dünya xəbərləri Materials 25 Avqust 2024 04:57 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ-ın Cənubi Karolina ştatı 13 ildən sonra ilk edamını sentyabrda həyata keçirəcək.

Trend xəbər verir ki, ölüm cəzası 1997-ci ildə Greenville mağazasının işçisini öldürən məhbus Freddie Eugene Owens-ə qarşı tətbiq olunacaq. Bu halda Ouens edam üsulunu özü seçə biləcək.

Agentlik vurğulayır ki, Cənubi Karolina uzun müddətdir ki, edamların sayına görə liderdir, lakin son illərdə ştat inyeksiya üçün dərman çatışmazlığı ilə üzləşib. Əczaçılıq şirkətləri bu cür dərmanları satdıqlarını açıqlamaqdan qorxurdular. Daha sonra ölümcül inyeksiya verənləri gizli saxlamaq üçün qanun qəbul edildi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti