Bakı. Trend:
Böyük Britaniya İrana qarşı sanksiyaları genişləndirib.
Trend xarici KİV-lərə
istinadən xəbər verir ki, Bu barədə Böyük Britaniya hökuməti
məlumat yayıb.
Məlumata görə, Böyük Britaniya İranın bir qurumuna və 3 fiziki
şəxsə sanksiya tətbiq edib.
Böyük Britaniya hökuməti İranın İslam İnqilabı Keşikçiləri
Korpusunun Qüds Qüvvələrinin 700-cü bölməsinə və İran hökumətinin
düşmənçilik fəaliyyətində iştirak edən üç iranlı şəxsə qarşı
sanksiyalar tətbiq edib.