Bakı. Trend:
Dekabrın 5-i və 6-da Maltanın paytaxtı Valettada ATƏT-in (Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı) Xarici İşlər Nazirləri Şurasının 31-ci iclası keçiriləcək.
Trend-in məlumatına görə, tədbirdə ATƏT-in 57 üzv dövlətinin xarici işlər nazirləri və yüksək vəzifəli rəsmiləri iştirak edəcək. Toplantı zamanı Avro-Atlantik və Avrasiya məkanında mövcud təhlükəsizlik vəziyyəti, ATƏT-in müxtəlif fəaliyyət sahələrində gördüyü işlər və regionda hərtərəfli təhlükəsizliyin təmin edilməsində təşkilatın rolu müzakirə olunacaq.
Qeyd edək ki, hər il dekabr ayında ATƏT-in Nazirlər Şurası üzv ölkələrin xarici işlər nazirlərinin və yüksək səviyyəli hökumət rəsmilərinin iştirakı ilə keçirilir. Malta 2024-cü ildə ATƏT-ə sədrlik edir.