...

ABŞ Suriyada 75-dən çox hədəfi vurub

Dünya xəbərləri Materials 9 Dekabr 2024 03:10 (UTC +04:00)

Bakı. Trend:

ABŞ ordusu Suriyada 75-dən çox hədəfə, o cümlədən İŞİD terrorçularının yerləşdiyi düşərgələrə onlarla hava zərbəsi endirib.

Trend xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) "X" sosial şəbəkəsində məlumat yayıb.

Hava hücumu dekabrın 8-də həyata keçirilib.

Əməliyyatda B-52 strateji bombardmançı, F-15 qırıcıları və A-10 hücum təyyarələri iştirak edib.

Xəbər lenti

Xəbər lenti