Bakı. Trend:
“Nvidia” şirkəti iri həcmli əməliyyatlara görə, o cümlədən süni intellektə iş, modelləşdirmə, auqmentasiyalı reallıq, 3D dizayn, mürəkkəb vizual effektlər, robototexnika və nəqliyyat texnologiyalarının işlənib hazırlanması üçün nəzərdə tutulan Blackwell arxitekturasına əsaslanan “Nvidia RTX Pro” seriyalı peşəkar videokartlarını təqdim edib.
Trend xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Məlumata görə, server tipli kompüterlər üçün Nvidia RTX Pro 6000 Blackwell Server Edition sürətləndiricisini buraxıb. Bu model 24 064 CUDA nüvəsi və 96 qiqabayt GDDR7 yaddaşı ilə təchiz olunub.
İş stansiyaları üçün RTX Pro 6000 Workstation Edition, RTX Pro 6000 Max-Q, RTX Pro 5000, RTX Pro 4500 və RTX Pro 4000 modelləri təqdim edilib. Bu seriyaya daxil olan videokartlar 8960-dan 24 064-dək CUDA nüvəsi və 24 GB-dan 96 GB-a qədər videoyaddaş təklif edir.
Səyyar iş stansiyaları üçün RTX Pro 5000, 4000, 3000, 2000, 1000 və 500 modelləri buraxılıb.