Bakı. Trend:
Çinin paytaxtı Pekində keçirilən Yizhuanq yarım-marafonunda 21 humanoid robot minlərlə insanlar birlikdə qaçışa çıxıb .
Trend xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Məlumata görə, canlı və cansız marafon iştirakçıları enişli-yoxuşlu, sərt döngələri olan yollarla 21 kilometrdən çox məsafəni qət edib.
Bəzi robotlar finişə çata bilsə də, bir çoxları yarı yolda sıradan çıxıb.
Qeyd edək ki, bu Çində robot və insanların bərabər qaçışa çıxdığı ilk marafon olub.