Bakı. Trend:
Türkiyənin İstanbul şəhərində daha bir zəlzələ baş verib.
Trend xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumata əsasən, 4,8 bal gücündə yeraltı təkanların episentri Şişli rayonundan 14 kilometr şimalda, ocağı isə 345 kilometr dərinlikdə yerləşib.
Zəlzələ nəticəsində dağıntılar və xəsarət alanlar barədə məlumat verilmir.
Xatırladaq ki, daha öncə İstanbulda ard-arda iki güclü zəlzələ baş verib. Məlumata əsasən, İstanbulun Silivri rayonu çevrəsində qeydə alınan ilk yeraltı təkan 3.9 bal gücündə olub. Daha sonra 4,4 bal gücündəl zəlzələ qeydə alınıb. Çox keçmədən 6,2 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanlardan insanlar arasında yaranan təşvişlə əlaqədar şəhərin mobil rabitə sistemində ciddi pozuntular yaşanıb.