...

Dövlət Departamenti iqlim danışıqları üzrə büronu bağlayır

Dünya xəbərləri Materials 25 Aprel 2025 12:21 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

ABŞ-nin Dövlət departamenti iqlim dəyişikliyi ilə mübarizə üzrə beynəlxalq danışıqlara vasitəçilik edən büronu bağlayacaq.

Trend xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Məlumata görə, bu qərar büronun əməkdaşlarına aprelin 24-də bildirilib. Lakin onun fəaliyyətinin tam dayandırılacağı tarix hələlik açıqlanmayıb.

Dövlət Departamentinin nümayəndəsi büronun ləğv prosesində olduğunu təsdiqləyib və bunun Donald Trampın ABŞ-nin iqlim dəyişikliyi ilə mübarizəyə dair beynəlxalq razılaşmalarda iştirakını dayandırmaq göstərişi ilə əlaqələndirib.

Dövlət katibi Marko Rubionun büronu bağlamaq qərarı əməkdaşlar arasında ciddi narazılıq doğurub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti