...

İspaniyada elektrik enerjisinin kəsilməsi nəticəsində 5 nəfər həlak olub

Dünya xəbərləri Materials 29 Aprel 2025 22:52 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Aprelin 28-də günorta saatlarında bütün ölkəni əhatə edən elektrik enerjisi kəsintisi bir sıra fəsadlara səbəb olub. Orense əyalətində eyni ailənin üç üzvü, ehtimal ki, dəm qazından zəhərlənərək dünyasını dəyişib.

Trend xəbər verir ki, bu barədə “El Pais” qəzeti məlumat yayıb.

Valensiyada yaşayan qadın elektriklə işləyən oksigen aparatının dayanması nəticəsində həyatını itirib. Madriddə isə şamdan qaynaqlanan yanğında daha bir qadının öldüyü bildirilir.

Qeyd olunur ki, elektrik kəsintisi nəticəsində işıqforlar işləməyib, qatarların hərəkəti dayanıb, ictimai nəqliyyat və xəstəxanaların fəaliyyəti ciddi şəkildə pozulub.

Xəbər lenti

Xəbər lenti