Bakı.Trend:
Suriyanın Hələb şəhərində Suriya ordusu ilə əsasən kürd döyüşçülərdən ibarət olan “Suriya Demokratik Qüvvələri” (SDQ) arasında qızğın döyüşlər gedir.
Trend xəbər verir ki, bu xarici KİV-lər öz mənbələrinə istinadən məlumat yayıb.
Məlumata görə, kürd döyüşçülər Tişrin su bəndi istiqamətində hücum təşkil ediblər. Həmçinin, ordunun Siriyatel yüksəkliyindəki mövqeləri atəşə tutulub.
SDQ döyüşçüləri iki hərbi postu nəzarətə götürə bilsələr də, çox keçmədən suriyalı hərbçiləri onları sıxışdıraraq, ərazidən uzaqlaşdırıblar.