Bakı.Trend:
ABŞ-nin Prezidenti Donald Tramp əvvəlcədən tətbiq etdiyi idxal rüsumlarının ləğvinin ölkəyə 3 trilyon dollardan çox zərər gətirə biləcəyi barədə xəbərdarlıq edib.
Trend bu barədə xarici KİV-ə istinadla xəbər verir.
“ABŞ Ali Məhkəməsinə yanlış məlumat təqdim olunub. Əgər məhkəmə tariflər əleyhinə qərar qəbul edərsə, o zaman "geri dönüş", yəni bütün nəticələrin ləğvi və təzminatlar artıq edilmiş və planlaşdırılmış investisiyalarla birlikdə vəsaitlərin qaytarılması 3 trilyon dollardan çox olacaq. Bu qədər böyük zərəri kompensasiya etmək mümkün deyil”,- o, “Truth Social” sosial şəbəkə hesabında yazıb.
