...

İtaliya mətbəxi UNESCO-nun qeyri-maddi irs siyahısına daxil edildi

Dünya xəbərləri Materials 10 Dekabr 2025 20:02 (UTC +04:00)
İtaliya mətbəxi UNESCO-nun qeyri-maddi irs siyahısına daxil edildi
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İtaliya mətbəxi rəsmi olaraq UNESCO-nun bəşəriyyətin qeyri-maddi irsi siyahısına daxil edilib.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İtaliyanın baş naziri Corca Meloni bildirib.

“Biz italyanlar bu cür tanınmaya nail olmuş ilk (xalq) olduq, bu bizim bizim kimliyimizi və bənzərsizliyimizi vurğulayır”, – deyə siyasətçi vurğulayıb.

Qeyd edək ki, UNESCO-nun bu qərarı ilk belə qərar sayılır, belə ki, qeyri-maddi irs siyahısına ilk dəfə ayrıca yemək kateqoriyası deyil, bütövlükdə milli kulinariya ənənəsi daxil edilib.

Təşkilat vurğulayıb ki, İtaliya mətbəxi dayanıqlı inkişaf prinsiplərini və biokulturoloji müxtəlifliyi özündə birləşdirir.

Bildirilir ki, italiyan “pizzayolo” pizzası əvvəllər artıq bu siyahıya daxil edilmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti