Bakı. Trend:
Tailandın F-16 qırıcıları yenidən Kamboca ərazisinə hücum edərək sərhəddən təxminən 60 kilometr məsafəyə qədər irəliləyiblər.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Kambocanın Milli Müdafiə Nazirliyinə istinadla məlumat yayıb.
Məlumata görə, dekabrın 24-də səhər saat 10 radələrində (Bakı vaxtı ilə 07:00) Tailand şimal-qərbi Kambocanın Battambanq əyalətinin Banan rayonu ərazisinə F-16 qırıcılarından altı bomba atıb.
Müdafiə Nazirliyinin bəyanatında bildirilir ki, sakinlər Tailandın havadan həyata keçirdiyi təcavüz səbəbindən qaçmağa məcbur qalıblar.
Daha əvvəl “Khmer Times” nəşri Tailand artilleriyası və aviasiyasının Kambocanın sərhədyanı bölgələrinə endirdiyi zərbələr nəticəsində 111 fərdi yaşayış evi, 5 məktəb, 3 tibb mərkəzi, bir bazar, anbarlar, bir neçə qədim məbəd, 11 inzibati bina, 5 hotel, bir neçə körpü, yanacaqdoldurma məntəqəsinin və 28 avtomobilin dağıldığını və ya tamamilə məhv edildiyini yazırdı.
