...

Tailand və Kamboca hərbçiləri arasında müzakirələr başaladı

Dünya xəbərləri Materials 24 Dekabr 2025 18:33 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Tailand və Kamboca hərbçiləri arasında sərhəd toqquşmaları fonunda danışıqlara başlayıb.

Trend xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Məlumata görə, iki ölkə sərhədindəki Banphakkat keçid məntəqəsinin Tailand hissəsində baş tutan görüş tərəflər arasında atəşkəs və monitorinq mexanizmlərinə dair rəsmi danışıqlara hazırlıq məqsədi daşıyıb.

Ortaq sərhəd komitəsinin Tailand tərəfdən katibi Nuttaponq Praokaev jurnalistlərə bildirib ki, görüşdə sərhəd komitəsinin dekabrın 27-də keçiriləcək 3-cü xüsusi iclasında müzakirə olunacaq sənədlər nəzərdən keçirilir, tərəflər öz mövqelərini ifadə edirlər.

Qeyd edək ki, dekabrın 7-də Tailand-Kamboca sərhədində silahlı toqquşmalar başlayıb. Hər iki tərəfdən həm hərbçilər, həm də mülki şəxslər arasında ölən və xəsarət alanlar var. Sərhədboyu ərazilərdən 100 minlərlə sakin təxliyə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti