Bakı. Trend:
Tailand-Kamboca sərhədində gərginlik davam edir. Son məlumatlara görə, Tailand qoşunları sərhədyanı mübahisəli bölgə sayılan Sakeuya daxil olaraq bir sıra strateji əhəmiyyətli rayonları nəzarətə götürüb.
Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Tailand Quru Qoşunlarının Birinci Hərbi Dairəsinin bəyanatına əsasən, “Burafa” əməliyyat qrupu Ban-Khloq-Phenq, Ban Nonq-Ya-Keu və Ban-Nonq-Çan adlı məntəqələri tutub. Hazırda hərbçilərin potensial əks-hücumlara qarşı tutduqları ərazilərdə mövqelərini möhkəmləndirməkdə olduqları bildirilir.
Xatırladaq ki, Tailand Silahlı Qüvvələri dekabrın 8-də Kamboca ilə sərhəddə yerləşən Sakeu əyalətində “Burafa” əməliyyatına başlanıldığını elan edib.
